SU BALANSI

atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. S.b. Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin S.b. bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün S.b. qurunun səthinə düşən atm. yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərb. ərazisinin S.b.-nda yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
SU ANBARININ TAM HƏCMI
SU BİOMONİTORİNQİ
OBASTAN VİKİ
Su balansı
Su balansı — atmosferdə, yer kürəsində və onun ayrı-ayrı sahələrində suyun bütün gəlir və çıxarının nisbəti. Su balansı Yerdə su dövranının kəmiyyətcə ifadəsidr. Yerin su balansı bərabərliyi ilə səciyyələnir. Burada okeanların və qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı (1020 mm) okeanların və qurunun səthindən buxarlanmanın cəminə bərabərdir (müvafiq olaraq 880 mm, 140 mm). Çoxillik dövrdə hər hansı ərazi üçün su balansı qurunun səthinə düşən atmosfer yağıntılarının miqdarı buxarlanma və həmin ərazidən olan axım miqdarının cəminə bərabər olur. Azərbaycan ərazisinin su balansında yağıntılar 427 mm, buxarlanma 308 mm, axım 199 mm (69 mm-i səth axımı, 50 mm-i yeraltı axım) təşkil edir.
Gölün su balansı
Duz balansı
Duz balansı — müəyyən vaxt ərzində duz ehtiyatının torpaq-qruntda daxili və çıxarı nəticəsində qalınlığının dəyişmə kəmiyyətidir. Duz balansı aşağıdakı elementlerdən ibarətdir: 1. Duzun teyin olunmuş vaxtın əvvəlində və sonunda olan ehtiyatı 2. Bu vaxt ərzində duzun daxil olması 3. Bu vaxt ərzində duzun sərf olunması 1 m² torpaqda müəyyən dərinliyə və yaxud qrunt sularına qədər kq- la ölçülür. Suvarılan torpaqlarda t/ha-a hesablanır. Duz balansı 3 tipi var Stabil Şorlaşma Duzlaşma Torpaqda müxtəlif formada ayrılan duzlar. Bunlar bozartılar, xırda çillər, ağ tüklər, qırov duz və s. Torpaq qatında müəyyən qalınlıqda duz miqdarı. 1 kv.m-də kq-la yaxud t/ha ilə göstərilir.
Oksigen balansı
Oksigen balansı – fotosintez zamanı avtotrof orqanizmlərin ayırdığı və qismən yer qabığında gedən kimyəvi reaksiyalardan əmələ gələn oksigenin miqdarının heterotrof orqanizmlərin tənəffüs prosesində, üzvi və qeyri üzvi maddələrin oksidləşməsi zamanı sərf etdiyi oksigenin miqdarına nisbəti. Mühitdə həll olan (adətən suda) oksigenin miqdarının minimum dərəcəsi, bu həddə çatdıqda oksigenin çatışmazlığından hidrobiontlar məhv olur. OKSİGENƏ TƏLƏBAT – orqanizmin oksigenə tələbatının miqdarı (bütün canlı orqanizmlər üçün fərdi doza). Bitkinin fotosintezi ilə ayrılan oksigenin ekosistemin biosenoloji mühitinə verilməsi ilə başlayan proses. Sonra oksigen daxili dövrlə aerob orqanizmlərə, o cümlədən bitkilərə daxil olur (tənəffüs prosesində). Onun bir hissəsi mikroorqanizmlər tərəfindən ölü kütlənin oksidləşməsinə sərf olunur, digər hissəsi isə ekosistemin biosenoloji mühitindən xarici dövrə keçir. Yerüstü, xüsusilə dəniz bitkilərinin (plankton yosunları) fotosintezi nəticəsində hər il atmosferə təqribən 70 ⋅ 109 ton oksigen daxil olur (Larxer, 1978). Bu karbon qazının dövranı ilə sıx bağlıdır. Oksigenin atmosferdən suya daxil olması (soxulması).
Radiasiya balansı
Yer səthinə gəlib çatan günəş radiasiyasının bir hissəsi udulur, digər hissəsi isə əks olunur. Bundan başqa Yer kürəsi özü ətraf atmosferə radiasiya şüalandırır. Atmosfer öz növbəsində Yerdən şüalanan radiasiyanı udaraq özü infraqırmızı radiasiya şüalandırır. Azərbaycanda radiasiya balansının və onun komponentlərinin tədqiqi ilə Ə. M. Şıxlinski məşğul olmuşdur. İlin isti və soyuq dövründə radiasiya balansının paylanma və yüksəklikdən asılılıq qanunauyğunluqlarıtədqiq edilmişdir Yer kürəsində radiasiya balansının və onun tərkib hissələrinin coğrafi paylanma xəritələri sovet alimləri M. İ. Budıko, T. Q. Berlyand və b. tərəfindən 1963-cü ildə " İstilik balansı" atlasında verilmişdir.
Ticarət balansı
Ticarət balansı (ing. Trade balance) ― Tədiyyə balansında bir ölkənin mal alqı-satqısının, başqa sözlə idxal-ixracının balansı. İxracat miqdarı, xaricə satılan malların dəyərlərinin toplamına, İdxal miqdarı isə xaricdən ölkəyə girən malların dəyərləri toplamına bərabərdir. Buna əsaslanaraq, Ticarət balansı (Xarici ticarət balansı) ixrac ilə idxal arasındakı münasibətdir. Ölkənin ixracı, idxalından böyükdürsə, təmiz (net) ixracat 0-dan böyük olar və bu halda ölkənin xarici ticarət balansı artmış olar (müsbət balans). Bir sözlə Ticarət balansı müsbət olar. Əks halda isə, ölkə ixracı, idxaldan kiçik olarsa, təmiz (net) ixrac 0-dan kiçik olar. Bu halda ölkənin xarici ticarət açığı olar. Yəni ticarət balansi mənfi olar. Müsbət ticari balans ölkənin istehsal etdiyi məhsulların dunya bazarında tələbinin yüksək olmasının göstəricisidir.
Tədiyə balansı
Tədiyə balansı və ya ödəniş balansı – müəyyən dövr ərzində rezidentlər və qeyri-rezidentlər arasında aparılmış bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistemdir. Tədiyyə balansının tərtibi zamanı əldə rəhbər tutulan əsas prinsip ikili yazılış sistemidir. Bu prinsip ona əsaslanır ki, tədiyyə balansında əks etdirilən istənilən əməliyyat xarakterindən, növündən asılı olmayaraq bərabər miqdarda iki dəfə qeyd olunur. Belə yazılışlardan biri müsbət işarəli kredit, digəri isə mənfi işarəli debet adlanır. Qaydalara müvafiq olaraq kredit üzrə aşağıdakı əməliyyatlar əks etdirilir: 1) real resurslar maddələri üzrə ixrac, 2) maliyyə resursları maddələri üzrə mövcud ölkənin rezidentlərinə məxsus xarici aktivlərin azalmasına, yaxud ölkənin xarici öhdəliklərinin artmasına gətirib çıxaran əməliyyatlar. Debet üzrə isə əksinə, 1) real resurslar maddələri üzrə idxal, 2) maliyyə resursları maddələri üzrə ölkə rezidentlərinə məxsus xarici aktivlərinartmasına, yaxud ölkənin xarici öhdəliklərinin azalmasına gətirib çıxaran əməliyyatlar qeyd olunur. Başqa sözlə, aktivlər üçün onun real, yaxud maliyyə aktivi olmasından asılı olmayaraq müsbət rəqəm (kredit) onun ehtiyatlarının azalmasını, mənfi rəqəm (debet) isə artmasını əks etdirir. Müvafiq olaraq öhdəliklər üçün müsbət kəmiyyət artmanı, mənfi kəmiyyət isə azalmanı xarakterizə edir. Standart tədiyə balansının strukturu aşağıdakı kimidir: 1. Cari əməliyyatlar hesabı 1.1.
İstilik balansı
Yer səthində və atmosferada eyni zamanda istər qısa dalğalı (düz və səpələnən) və istərsə də uzun dalğalı (Yerin və atmosferanın şüalanması) radiasiya axınları müşahidə edilir. Deməli hər hansı bir anda yer səthində radiasiyanın gəliri və çıxarı vardır. Radiasiya balansı istilik balansının ən əsas üzvlərindən biri olub belə sadə düsturla idarə olunur: B=LE+V+P B — radiasiya balansı LE — buxarlanmaya sərf olunan istilik, V — səth örtüyü ilə hava arasında istilik mübadiləsi, P — torpaqda istilik axınıdır İstiliyin gəlir və çıxarına uyğun olaraq istilik balansı ünsürləri müsbət və ya mənfi kəmiyyətlərə malik ola bilər. Çoxillik nəticədə torpaqğın yuxarı təbəqələrinin və Dünya okeanının suyunun orta çoxillik temperaturası daimi hesab edilir. Ona görə də torpaqda və Dünya okeanında üfiqi və şaquli istilik mübadiləsi təcrübi olaraq sıfıra bərabər hesab edilir. Ümumiyyətlə bütün yer kürəsi üçün buxarlanmaya sərf olunan istiliyin illik miqdarı quru üçün 25, okean üçün 59 kkal/sm2-ə bərabərdir. Bu rəqəmlər quru və okeanın radiasiya balansının uyğun olaraq 51 və 82%-ni təşkil edir. Bu rəqəmlərdən aydın olur ki, il ərzində quru səthindən 41 sm, okeanların səthindən isə 100 sm su buxarlanır.
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Uels fiskal balansı
Uels fiskal balansı — Uelsdə dövlət gəlirləri və xərcləri arasında ümumi fərq. 1999-cu ildən 2022-ci ilə qədər Uelsdə dövlət xərclərinin vergi gəlirlərini aşması səbəbindən ölkədə mənfi fiskal balans var idi. 2018–2019 fiskal ili üçün fiskal kəsir Uelsin təxmin edilən ÜDM-nin təxminən 19,4 faizini təşkil etmişdir. Bütövlükdə Birləşmiş Krallıq üçün bu rəqəm 2 faizdir. Şərqi, Cənub-Şərqi İngiltərə və London istisna olmaqla, bütün Birləşmiş Krallıq ölkələri və regionlarında kəsir var. Uelsin adambaşına 4,300 funt sterlinq olan fiskal kəsiri adambaşına təxminən 5,000 funt sterlinq olan Şimali İrlandiya fiskal kəsirindən sonra iqtisadi rayonlar arasında ikinci ən yüksək olandır. Dublin Siti Universitetinin politoloqu Con Doylun fikrinə görə, müstəqil Uelsin "ilk günlərində" fiskal kəsir təxminən 2,6 milyard funt sterlinq olardı. Bu, 2019-cu ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına daxil olan ölkələr üçün orta hesabla 3,2%-ə bərabər olan ÜDM-in 3,4%-dən aşağısına bərabərdir. Kardiff Universitetində Uels İdarəetmə Mərkəzinin 2023-cü ildə apardığı araşdırma göstərir ki, kəsir "Müstəqil Uels üçün çətin iqtisadi perspektiv" deməkdir və burada konstitusiya müzakirələrinin fiskal reallıqları nəzərə almasını tövsiyə edilmişdir. Hesablamalar ardıcıl olaraq Uelsin Birləşmiş Krallıqdan köçürmələr hesabına maliyyələşən böyük və davamlı fiskal kəsirə malik olduğunu göstərir.
.su
Keçmiş Sovetlər İttifaqının İnternet kodu
Su
Su – kimyəvi formulu H2O olan, şəffaf, rəngsizə yaxın, dadsız və iysiz kimyəvi maddə. Su Yer kürəsinin axarsu, göl, dəniz və okeanlarını, eləcə də canlılardaki mayelərin əsas hissəsini əmələ gətirir. Bir molekulu kovalent bağlarla qoşulmuş oksigen və iki hidrogen atomlarından ibarətdir. Kütləcə 11,19% hidrogen və 88,81% oksigendən ibarətdir. Su sözü maddənin standart şərtlərdə maye olan halını ifadə edir, lakin qatı yəni buz və qaz, yəni buxar halı üçün də istifadə olunur. Təbiətdə eyni zamanda qar, buzlaq, aysberq, bulud, çən, şeh və atmosfer nəmi şəklində mövcuddur. Təbiətdə suyun 2 növü vardır: adi və ağır su. Ağır suyun tərkibində hidrogenin yerinə izotop deyterium olur. Təbiətdə 1/100 nisbətdə ağır su mövcuddur. Adətən atom reaktorlarında ağır sudan neytron yavaşladıcı kimi istifadə edilir.
Dalğa (su)
Dəniz dalğası — suyun səthi üzərindən əsən külək tərəfindən meydana gəlir. Bəzi bölgələrdə buna ləpə yaxud şəpə deyilir. Dalğanın əmələ gəlmə səbəbləri müxtəlifdir: zəlzələ, sualtı vulkan püskürməsi, atmosfer təzyiqinin ciddi dəyişməsi və küləklər. Küləyin sürəti 1 m/s-dən az olduqda sakit səthdə zəif dalğa və ya kapilyar dalğa yaranır. Küləyin sürəti artıqca daha iri və nəzərə çarpacaq qravitasiya dalğası əmələ gəlir. Küləyin sürəti 7–8 m/s-yə çatdıqdan sonra isə dalğanın zirvəsində köpüklü dalğa formalaşır. Güclü külək əsməsi nəticəsində davamlı güclü dalğaların yaranması baş verir. Köpüklü dalğanın əmələ gəlməsində duzluluğun rolu çoxdur. Duzlu suda hava qabarcıqları uzun müddət qalır. Külək enerjisi suya bir tərəfdən küləkdöyən dalğa yalına basqı(normal təzyiq),digər tərəfdən su ilə sürtünmə(tangensial təzyiq)vastəsilə verilir.
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Hiqroskopik su
Mineral su
Mineral su — aktiv kimyəvi komponentlərlə və qazlarla zəngin olan təbii sudur. Su canlı aləmin fəaliyyətində böyük rol oynayır ki, canlı varlıq susuz yaşaya bilməz. Hər bir insan gündəlik tələbini ödəmək üçün 2 litrdən artıq su qəbul etməlidir. Bu qədər normanı insanlar müxtəlif içkilərlə məsələn, su, çay, qəhvə, şirələr, təbii və mineral sular və s. ilə ödəyirlər. Bir qayda olaraq mineral su dedikdə əlavə hazırlıqsız içmək üçün yararlı olan və bioloji aktivliyə malik su qəbul olunur, lakin hamı tərəfindən qəbul olunan beynəlxalq təsnifata görə tərkibində duzların qatılığı 1q/l-dən böyük olan suyu mineral hesab edirlər. Duzun qatılıöı 1q/l-dən az olan su süfrə suyu adlanır. Yerin təkindən gələn yeraltı sular təbii bulaqlar vasitəsilə yer üzərinə çıxır və bu sulara mineral sular deyilir. Bu suların tərkibində yüksək miqdarda qazlar, kimyəvi elementlər və onların birləşmələri olur və öz radioaktivliyi ilə seçilir. Bir çox mineral sular müalicə məqsədi ilə istifadə edilirsə, bəziləri süfrə suları kimi tətbiq edilir.
Normal su
Qara Su
Qara Su — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşma yoxdur. Qara su vulkan-tektonik məşəllidir. Adanın uzunluğu 900 m, eni isə 600 metr təşkil edir. Sahildən 8 km aralıdır. Bakı arxipelaqında ən iri vulkan məşəlli adadır. Qarasu adası palçıq vulkanında XIX əsrin ikinci yarısında 1876-cı cı ilin fevral, mart aylarında iki püskürmə baş verir. Bu, vulkanın insanların hafizəsində qalan ilk püüskürmə olur. 1977-ci ildə aprel ayında ən intensiv və uzun müddətli (2 gün) püskürmə olub. Ada qaz, su, neft pərdəcikli lilli su verən coxlu sayda qrifon və salzalar vardır.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər az qazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hippokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. Dr.
Su-17
Sukhoi Su-17 (NATO kod adı: Fitter) Sovet hücum təyyarəsi Su-7 qırıcı-bombardman təyyarəsinə əsasən yaradılıb və onun modern versiyası olaraq istehsal edilib. Uzun müddət Sovet, daha sonra Rusiya ordusunda xidmətdə olub və xeyli sayda Şərq bloku və Yaxın Şərq ölkələrinə ixrac edilib.
Su-24
Suxoy Su-24 (NATO kod adı: Fencer) — 1970 və 1980-ci illərdə Sovetlər Birliyinin hər cür hava şəraitində istifadə edilə bilən ən inkişaf etmiş havadan hücum təyyarəsi. İki kreslolu, iki motorlu təyyarə Rusiyanın ilk inteqrasiya edilmiş rəqəmsal naviqasiya/hücum sistemi ilə təchiz edilmiş təyyarəsidir. Su-24-ün konfiqurasiyasında F-111 ilə oxşarlıqlar var. Keçmiş Sovet respublikaları hava qüvvələri və eləcə də başqa bir neçə ölkədə hazırda istifadə edilir. 1961-ci ildə Suxoy Su-7b nin xidmətə daxil olma səbəbi Suxoyun hər bir hava şəraitində nöqtə hava hücumlarını dəstəkləyəcək bir model inkişaf etdirmək ehtiyacından yaranmışdı. S-28 və S-32 üzərində aparılan ilkin araşdırmalar Suxoy Su-7 dizaynının bu vəzifə üçün lazımlı bütün avionik sistemləri daşımaq üçün çox aşağı olduğunu ortaya qoydu. OKB-794 konstruktor bürosuna yeni təyyarənin əsasını təşkil edən Puma kod adlı inkişaf etmiş bir naviqasiya/hücum sistemi yaratmaq tapşırıldı. 1962 və 1963-cü ildə Suxoy 2 ədəd Tumansky R-21 F-300 turboreaktiv mühərrikiylə təchiz edilmiş, 2 pilotlu bir S-6 prototipini istehsal etdi. Prototip araşdırıldı ancaq Puma avadanlığının inkişaf etdirilməsi istiqamətində əskikliklərdən ötəri hər hansı bir sifariş verilmədi. 1964-ci ildə Suxoy S-58 M üzərində işə başladı.
Su-27
Su-27 (rus. Су-27) (NATO kod adı: Flanker – Flanqa zərbə) — SSRİ/Rusiya tərəfindən istehsal olunan dördüncü nəsil taktiki-qırıcı təyyarə. Təyyarə istənilən hava şəraitində fəaliyyət göstərmək və havada hərbi üstünlük əldə etmək üçün yaradılmışdır. Müxtəlif modifikasiyalar şəklində Rusiya Hərbi Hava Qüvvələri də daxil olmaqla Müstəqil Dövlətlər Birliyi ölkələri, Hindistan, Çin və digər ölkələrin hərbi hava qüvvələrinin istismarındadır. Çində lisenziya əsasında "Shenyang J-11" adı ilə istehsal edilir. Ağır qırıcı təyyarələrə aid edilir. Əsas rəqibi və oxşarı ABŞ istehsalı olan F-15 hesab edilir. MiQ-29 ilə birlikdə cütlük yaradaraq ABŞ-nin F-15 və F-16 hərbi təyyarə cütlüyünə qarşı mübarizə aparmaq üçün yaradılmışdır. Yüksək manevrliliyi yüngül qırıcılarla mübarizə aparmağa, çoxməqsədli qırıcı kimi istifadə edilməsinə imkan verir. Təyyarədaşıyıcılar üçün olan variantı Su-33 adlanır.
Su-30
Sukhoi Su-30 (rus. Сухой Су-30; NATO kod adı: Flanker-C) — 2 mühərrikli, iki yerlik supermanevrli qırıcı təyyarə. İstənilən hava şəraitində, hava-hava və hava-yer və yerüstü dəstək missiyalarını həyata keçirmək üçün nəzərdə tutulmuşdur. S-30 proyekti Sukhoi kompaniyasının öz daxilində Su-27-ni yeniləmək planının nəticəsidir. Yaranan yeni təyyarəyə Su-30 adı rəsmi olaraq 1996-cı ildə Müdafiə Nazirliyi tərəfindən təyin olundu. Flanker (Su-27) ailəsinə aid olan təyyarələrdən yalnız Su-27, Su-30, Su-34 və Su-35 təyyarələrinin Müdafiə Nazirliyi tərəfindən seriyalı istehsalına sifariş verilmişdir. Digər təyyarələr yalnız, məsələn Su-37 prototip mərhələsini keçməyiblər. Adlandırmada fərq olsa Su-30 digər "Flankerlər" kimi öz baza təyyarələrinə — Su-27 təyyarəsinə struktur cəhətdən demək olar ki identikdirlər, yəni oxşardırlar. Su-30 iki rəqib kompaniya tərəfindən müxtəlif brendlərdə istehsal edilir, lakin hər iki kompaniya – KnAAPO və Irkut, Suhkoi şirkətinə aiddir. KnAAPO Çin, İndoneziya, Uqanda, Venesuela və Vyetnama satılan Su-30MKK, Su-30MK2 versiyalarını istehsal edir.
Su-33
Suxoy Su-33 (rus. Сухой Су-33; NATO kod adı: Flanker-D) — Rusiyanın Suxoy şirkəti tərəfindən dizayn olunmuş istənilən hava şəraitində əməliyyat uçuşu həyata keçirmək qabiliyyəti olan iki mühərrikli, çoxməqsədli qırıcı. Hərbi dəniz qüvvələri üçün nəzərdə tutulmuş bu döyüş təyyarəsi Su-27K olaraq da tanınır. Təyyarə öz baza modeli olan Su-27 ilə müqayisədə tamamilə dəniz əməliyyatları üçün dizayn olunub. Qanadları Su-27-ə nisbətən daha genişdir. Su-33 inkişaf etdirilmiş mühərrikə və havada yanacaqdoldurma imkanına sahibdir. İlk dəfə 1995-ci ildə Admiral Kuznetsov adlı aviadaşıyıcının üzərində istifadə edilsə də, bu döyüş təyyarəsinin rəsmi olaraq xidmətə daxil olma tarixi 31 avqust 1998-ci ilə təsadüf edir. Sovet İttifaqının dağılmasının ardınca Rusiya Hərbi Dəniz Qüvvələrində də ixtisarların baş tutması nəticəsində cəmi 26 qırıcı istehsal olunmuşdur. Çin və Hindistana satış cəhdləri də uğursuzluqla nəticələnmişdir. 2009-cu ildə Su-33 döyüş təyyarələrinin xidmət müddətini başa çatdırmasının ardınca onları əvəzləmək məqsədilə Rusiya HDQ üçün MiQ-29K qırıcıları sifariş olunmuşdur.
Su-34
Suxoy Su-34 (NATO kod adı: Super Flanker) — döyüş təyyarələri taktiki bombardman üçün müasirləşdirilmiş Su-27 modelinin iki nəfərlik versiyası. İki pilotun yan-yana oturduğu və eyni vəzifəni yerinə yetirə biləcək xüsusi bir dizayna sahibdir. İlk uçuşu 1993-cü ildə reallaşdırılıb və 1997-ci ildən etibarən istifadə edilməyə başlanılıb. Su -34 döyüş təyyarələri Sibir bölgəsində fəaliyyət göstərən Suxoy Holding-ə aid Novosibirsk şirkəti tərəfindən istehsal edilir. Rusiya Hava Qüvvələri şirkətlə bağladığı müqavilədə 2020-ci ilə qədər 124 ədəd Su-34 təyyarəsinin alınacağını açıqlayıb. Rusiyanın əlində 2015-ci il məlumatına görə 80-dan çox Su-34 var. Onlardan 15-i Suriyadadır. Su-34 havadan atılan “AA-12” raketləri təchiz edilib. 2014-cü ilin ilin mart ayında alınan 4++ nəsil təyyarələr köhnə Suxoy Su-24 Fencer-in yerini alacaq. Yaşanan bəzi qeyri-müəyyənliklər layihəsinin başlamasını geciktirdi.